27 Sentyabr, 2018
Səudiyyə Ərəbistanı ölkəyə gələnlərə elektron viza verəcək

Səudiyyə Ərəbistanı “Vision-2030” strateji baxış proqramının bir hissəsi kimi turizm sektorunun inkişafı məqsədilə ölkədə böyük idman və əyləncə tədbirlərində iştirak etmək istəyən turistlərin viza alması üçün elektron platforma yaradıb.

Ahlibeyt.az-ın məlumatına görə, AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, ilk dəfə elektron vizalar Səudiyyə Ərəbistanında keçiriləcək Formula E yarışlarını izləmək üçün bilet alan turistlərə veriləcək.

Bu ilin dekabrında baş tutacaq Formula E yarışları Səudiyyə Ərəbistanında ilk dəfə keçiriləcək.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8850.html