
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən BMT Təhlükəsizlik Şurasında köklü islahatlar aparılmasının zəruriliyini və təşkilatın cari vəziyyətdə qlobal məsələləri həlli etmək iqtidarında olmadığını vurğulayıb.
Ahlibeyt.az-ın məlumatına görə, "Report" TASS-a istinadən xəbər verir ki, R.T.Ərdoğan bu barədə BMT Baş Assambleyasında iştirak etmək üçün getdiyi ABŞ-ın Nyu-York şəhərində türk və müsəlman icmaları qarşısında çıxışı zamanı bildirib.
"194 ölkədən 5-i bütün dünyanı mühakimə edə bilməz, BMT Təhlükəsizlik Şurasının üzvləri daimi və qeyri-daimi kimi bölünməməlidir. İslahatlar aparılsa, 20 daimi üzv, bütün qitələrin və dinlərin nümayəndələri olacaq, rotasiya olacaq. Yalnız bu halda BMT ədalətli addımlar aa biləcək", - Türkiyə Prezidenti deyib.
Türkiyə lideri təşkilatın hazırda mövcud münaqişələri nizamlanmaq iqtidarında olmadığını bildirib. Onun sözlərinə görə, BMT bu günə qədər nə Suriya böhranını, nə də Fələstin problemini həll edə bilməyib.