
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç Əfqanıstanda ABŞ ordusu tərəfindən Quran yandırılmasını pisləyib.
Aleksandr Lukaşeviş müsəlmanların müqəddəsatına ehtiram göstərilməsinin vacibliyini vurğulayaraq bu hadisədən sonra Əfqanıstanda onlarla insanın ölümü və yaralanması ilə davam edən etiraz aksiyalarının daha da kütləviləşməsinin qarşısının alınmasını istəyib.