
Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq
Ahlibeyt.az-ın İnterAz-a istinadən xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.
Onun sözlərinə görə,Prezident İlham Əliyev dindarlar üçün şərait yaradıb. Ötən il ölkədə Hacı Cavad məscidi tikilib.
“Bu yaxınlarda prezidentlə məsləhətləşdik və Fatimeyi-Zəhra məscidini prezidentin öz vəsaiti hesabına inşa etdirmək istəyirik. Məhərrəmlikdən sonra tikintiyə başlanılacaq”, - deyə, şeyx qeyd edib.