7 Avqust, 2022
Sabah Aşuradır - Aşura gecəsinin və gününün bəzi əməlləri

Bu gün qəməri təqvimi ilə Məhərrəm ayının 9-u Tasua günüdür.

Bu axşam şam namazı zamanı qəməri təqvimi ilə Məhərrəm ayının 10-u daxil olur. Həmin gün müsəlman aləmində Aşura günü kimi qeyd edilir.

Bu gün qəməri təqvimi ilə Məhərrəm ayının 9-u Tasua günüdür.

Bu axşam şam namazı zamanı qəməri təqvimi ilə Məhərrəm ayının 10-u daxil olur. Həmin gün müsəlman aləmində Aşura günü kimi qeyd edilir.

Aşura gecəsinin bəzi əməlləri:

1. Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la həvla və la quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.

2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

3. Dua, ibadət və istiğfar etmək.

Aşura gününün əməlləri:

1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".

2. İmam Hüseyni(ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə "İxlas" surəsini oxumaq.

6. "Aşura" ziyarətini oxumaq.

7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.

 

 

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8822.html