
Türkiyə polisi İŞİD terror təşkilatının 2 üzvünü – “Sincar əmiri” Əbdülxaliq Kürdi və və onun oğlu Mehi Kürdini həbs ediblər.
Ahlibeyt.az-ın məlumatına görə, AzVision.az “İHA” agentliyinə istinadən xəbər verir ki, onlar Kayseridə həyata keçirilən anti-terror əməliyyatı zamanı tutulublar.
Həbs edilən hər iki terrorçunun İraqda İŞİD-in tərəfində döyüşdüyü aydınlaşıb. Əbdülxaliq Kürdi Sincar şəhərində “İŞİD əmiri” kimi tanınır. Oğlu isə İŞİD-in sıravi döyüşçülərindəndir.