18 Sentyabr, 2018
Azərbaycanlı alim Türkiyədə "İslam mədəniyyətində əlyazma sənətləri" mövzusunda araşdırma aparıb

Əlyazmaşünas alim, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadə Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən İslam Araşdırmaları Mərkəzində (İSAM) "İslam mədəniyyətində əlyazma sənətləri" mövzusunda araşdırma aparıb.

Ahlibeyt.az-ın AMEA mətbuat xidmətinə istinadən məlumatına görə, alim yeni nəşr olunan "Əlyazmaların bədii tərtibat xüsusiyyətlərində dini-fəlsəfi aspektlər" adlı monoqrafiyasını mərkəzə hədiyyə edib. İSAM-da sözügedən monoqrafiyanın təqdimatı keçirilib. Tədqiqatın yeni müstəvidə aparıldığı və müasir dövr üçün aktuallığı vurğulanıb.

Əsər Türkiyənin elmi mühiti tərəfindən maraqla qarşılanıb.

S.Nemətzadə adı çəkilən monoqrafiyanı Atatürk Kitabxanasına, Atatürk Mədəniyyət, Dil, və Tarix Qurumuna, Türk Tarix Qurumuna, Mərmərə Universitetinə də təqdim edib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8818.html