
Ötən həftə Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtondakı ofisini bağlayan ABŞ hökuməti daha bir qalmaqallı addım atıb.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az İHA-ya istinadən xəbər verir ki, FAT Komissiyasının rəhbəri, səfir Hüsam Zumlut və ailəsinin ABŞ-ı tərk etməsi tələb edilib.
Zumlut 2022-ci ilə qədər qüvvədə olan vizalarının ləğv edildiyini bildirib.
O, bu addımı Fələstinin işğalçı İsraillə danışıqlara başlamadığı üçün göstərilən təzyiq prosesinin bir hissəsi kimi gördüyünü söyləyib.