3 Mart, 2012
Misirlilər Bəhreyn səfirinin ölkədən çıxrılmasını istəyib

Minlərlə misirli Qahirədə Bəhreyn xalqına dəstək məqəsədilə Ərəb Dövlətləri Liqasının binasının qarşısında aksiya keçiriblər.

Bir neçə ictimai və siyasi təşkilatların dəvətilə keçirilən mitinqdə misirlilər Bəhreynin Misirdəki səfirinin ölkədən xaric edilməsini və Misirin Bəhreyndəki səfirinin geri çağırılmasını tələb ediblər. Aksiya iştirakçıları həmçinin Bağdadda keçiriləcək ƏDL-nın iclasında Bəhreyn xalqının tələblərinin də müzakirələrə salınmasını və Bəhreyndə cərəyan edən hadisələrin dəqiq təhqiq edilməsini də tələb estəyiblər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-881.html