
İraq xəbər saytı nakhelnews.comun yaydığı məlumata görə, Ayətullahul-Üzma Seyyid Əli Sistaninin dəftərxanalarına və nümayəndələrinə edilən hücumlar Səudiyyə Ərəbistanının alimlərinin göstərişləri əsasında həyata keçirilir.
Sayt bildirir ki, bununla onlar İraqda sabitliyi pozmaq və sünni-şiə münaqişəsini qızışdırmaq istəyirlər. Həmçinin onlar özlərinin yetişdirdiyi adamı Seyyid Məhəmməd əl-Həsəni əs-Sorxini şiələrin arasında qarşıdurma yaratmaq üçün fəaliyyətə səsləyiblər.
Xatırladaq ki, son bir neçə həftə ərzində mərcei-təqlid Ayətullah Sistaninin bir neçə dəftərxanasına və nümayəndələrinə hücumlar edilmişdir ki, iraqlılar bu hücumlarda özünü mərcei-təqlid elan etmiş əs-Sorxini günahlandırırlar.