
Hazırda Londonda müalicə alan Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasim ötən axşam İmam Hüseyn (ə) əzadarlıq məclisində iştirak edib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “ABNA”ya istinadla xəbər verir ki, Şeyx İsa Qasimin əzadarlıq məclisində iştirakına dair fotolar sosial şəbəkələrdə yayımlanıb.
Qeyd edək ki, Şeyx İsa Qasim iki il Ali-Xəlifə rejimi tərəfindən ev dustağı saxlanıldıqdan sonra cari ilin İyul ayında müalicə almaq üçün Londona aparılıb. Orada əməliyyat olunub və səhhətinin yaxşılaşdığı bildirilir.