
BMT-nin baş katibi Pan Gi Munun İdman üzrə müşaviri Vilfred Lömke Zepp Blatterə məktub göndərərək hicablı xanımların futbol oynamalarına icazə verməsini istəyib.
Məktubda deyilir ki, FİFA hər bir şəxsin, o cümlədən, hicablı xanımların futbol oynamalarına şərait yaratmağa cavabdehdir.
Bildirək ki, şənbə günü İngiltərədə futbol qaydalarına dəyişikliklər edən Beynəlxalq şuranın nümayəndələrinin iclası keçiriləcəkdir ki, həmin iclasda FİFA-nın vitse-prezidenti İordaniya şahzadəsi Əli bin əl-Hüseyn nümayəndələrin qarşısında hicabı başda saxlamağa kömək edən xüsusi ilgəki nümayiş etdirəcəkdir.