7 Avqust, 2018
Nazirlik Qurban bayramında AQTA ilə birgə fəaliyyət göstərəcək

“Kənd Təsərrüfatı Nazirliyi avquqstun 22-23-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar ciddi tədbirlər həyata keçirir”.

Ahlibeyt.az-ın Report-a istinadən məlumatına görə, bunu nazir müavini İlham Quliyev bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum bayramda ət kəsiminin həvalə edildiyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərəcək:

“Nazirlik tabeçiliyində olan təsərrüfatlardan imkan daxilində erkək heyvanların bazara çıxarılmasına, orada formalaşacaq işçi qrupunda nümayəndələrimizin iştirakının təmin edilməsinə çalışacaq.

Bundan əlavə, müəyyən iş adamlarına müraciət edilib ki, bayram ərəfəsində satışa sağlam heyvanlar çıxarılsın. Çalışırıq ki, Qurban bayramının yüksək səviyyədə təşkil edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi ilə birgə fəaliyyət göstərək".

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8757.html