7 Avqust, 2018
Hacılara 7 milyon şüşə Zəm-Zəm suyu paylanılacaq
Bu ilin Həcc mərasimi günlərində hacılara ZƏMZƏM bulağının suyundan hazırlanmış 7 milyon 500 min şüşə su hədiyyə ediləcək.
Ahlibeyt.az-ın Maide.az-a istinadən verdiyi xəbərə görə, Zəm-zəm bulağının suyu ilə doldurulmuş su şüşələrinin paylanılmasını müqəddəs Kəbə evi nəznindəki "Zəm-Zəm" kompleksinin idarə heyəti öz üzərinə götürüb.
Zəm-Zəm suyu Məkkə şəhərinin bir neçə nöqtəsində, Cəddə şəhərində və hacıların Ərəbistana giriş nöqtələrində Həcc mərasimindən öncə və sonra hacılara paylanılır.
Suların paylanma işini Məkkə və Cəddə şəhərlərində 130 nəfər həyata keçirəcək.
Qeyd edək ki, Zəmzəm quyusu Məkkə şəhərində Kəbə evinin yaxınlığında yerləşir. Hər iil milyolarla zəvvar Həcc əməllərini icra edərkən bu quyunun suyundan içirlər. Keçən il hacılara 3 milyon şüşə zəmzəm suyu paylanılıb.


Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8755.html