
İsveç müsəlmanlarının qeyri-hökumət təşkilatı olan "Həzrət Məhəmməd (s) sünnəsi müəssisəsi" bu tərcümənin çapı və nəşrini öz öhdəsinə götürmüşdür.
Ahlibeyt.az-ın İqna-ya istinadən məlumatına görə, Qurani-Kərim ilk dəfə olaraq Kenyada yaşayan Afrika tayfalarından biri olan "Luyha qəbiləsi"nin dilinə tərcümə edilib.
Məlumata görə, Luya qəbiləsinin Quran müəllimləri və İslam alimləri tarixdə ilk dəfə olaraq Qurani-Kərimi öz dillərinə tərcümə ediblər və bu tərcümə cari ilin sonunadək nəşr edilərək bu dildə danışan qəbilələrə paylanılacaqdır.
İsveç müsəlmanlarının qeyri-hökumət təşkilatı olan "Həzrət Məhəmməd (s) sünnəsi müəssisəsi" bu tərcümənin çapı və nəşrinin məsuliyyətini öz öhdəsinə götürmüşdür.
Luhiya qəbiləsi Kenyanın qərbində yaşayan ən qədim qəbilələrdən biridir. Kenyanın ən böyük 3 qəbiləsindən biri olan Luhiya qəbiləsinin 8 milyon civarında icması olduğu bildirilr.