6 Avqust, 2018
Səudiyyə Kanada səfirini ölkəni tərk etməsini tələb edib

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Kanadadakı səfirini məsləhətləşmələr üçün  geri çağırıb və bu ölkənin Ər-Riyaddakı səfirini arzuolunmaz şəxs elan edib.

Ahlibeyt.az-ın Ria agentliyinə istinadən məlumatına görə, bu barədə Səudiyyə hökuməti rəsmi açıqlama verib.

Kanada səfirinə ölkəni tərk etmək üçün 24 saat vaxt verilib.

Bildirilir ki,Səudiyyə Ərəbistanı Kanada ilə olan bütün ticarət əlaqələrini, investisiya layihələrini və pul köçürmələrini dondurub.

Tərəflər arasında münasibətlərin gərginləşməsinə isə bir neçə gün əvvəl Kanada hökumətinin hazırda həbsdə olan Səudiyyəli hüquq müdafiəçisi Raif Bədəvi və bacısı Samar Bədəvinin həbsi ilə əlqədar Səudiyyə hökumətinə etirazı olub.

Kanada XİN rəsmisi həbs olunanların dərhal azad edilməsi ilə bağlı krallığa çağırış edib.

Qeyd edək ki,Raif Bədəvi krallığın ruhaniyyətini,şəriət posini tənqid etdiyinə görə 2012-ci ildə 10 il müddətinə həbs cəzasına məhkum edilib.R.Bədəviyə qarşı ittihamlar arasında kibercinayətkarlıq və ataya itaətsizlik müddəaları da səsləndirilib.(Səudiyyədə qanunlarına görə ataya itaətsizlik qanunla cəzalandırılır)

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8746.html