
Əfqanıstan Milli Ordusu Helmand vilayətində Taliban terrorçularına qarşı xüsusi əməliyyat keçirib.
Ahlibeyt.az-ın məlumatına görə, Salamnews-un “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Helmand vilayətin Kayaki mahalında həyata keçirilən anti-terror əməliyyatı nəticəsində Taliban əsirliyində olan 61 dinc sakin azad edilib. Əfqanıstanın xüsusi təyinatlılarının komandiri Munib Amiri KİV-ə verdiyi açıqlamada bildirib ki, terrorçulara qarşı əməliyyatlar davam edir.
Qeyd edək ki, böyük şəhərlərin ətrafında yerləşən Taliban terrorçuları mütəmadi olaraq yaşayış məntəqələrinə hücumlar edərək dinc insanları qətlə yetirirlər.