
ABŞ-ın Türkiyəyə sanksiya tətbiq etməsi cavabsız qalmayacaq.
Ahlibeyt.az-ın Salamnews-a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bəyan edib.
“ABŞ-ın bizim iki nazirə qarşı sanksiyalar tətbiq etmək cəhdi cavabsız qalmayacaq. ABŞ rəhbərliyi hüquqdankənar tələblərinin bu yolla yerinə yetirilməyəciyini anlayana qədər bizim onlarla problemlərimiz həll edilməyəcək", - Çavuşoğlu “Twitter” hesabında yazıb.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Endryu Bransonunişi ilə əlaqədar Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiya tətbiq edib.