
Misirin hüquq mühafizə orqanları Qahirənin şimalında ölkədə qadağan olunan “Müsəlman qardaşları” terror təşkilatına aid “Hasm” qruplaşmasının 5 üzvünü öldürüb.
Ahlibeyt.az-ın Islam.az-a istinadən verdiyi xəbərə görə, bu barədə Misir DİN açıqlama verib.
Bildirilir ki, qruplaşma üzvləri ölkədə sabitliyi pozmq məqsədi ilə terror aktları keçirməyi planlaşdırıblar. Bu göstərişi onlar xarici ölkədən alıblar.
“Hasm” yaraqlıları Kalyubiya əyalətində aşkarlanıblar və polis əməkdaşlarına atəş açıblar. Nəticədə onların hamısı öldürülüb.
Elə həmin gün Qahirədə təşkilata üzv olan daha 5 cinayətkar saxlanılıb