
Səudiyyə Ərəbistanı Həcc mövsümü zamanı təhlükəsizlik məqsədilə ictimai yerlərdə qaz balonlarından istifadəni qadağan edib.
Ahlibeyt.az-ın məlumatına görə, Maide.az “dunyabulteni”ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Müdafiə Şöbəsinin rəsmi Twitter hesabından verilən açıqlamada bildirilir ki, Mina, Muzdəlifə və Ərəfatda zəvvarların qaz balonlarından istifadəsi qadağan olunub.
Açıqlamada bildirilir ki, qanunu pozanlar ilk dəfə 266, ikinci dəfə 666, üçüncü dəfə isə 1333 dollar cərimələnəcək və bir həftə müddətinə həbsdə qalacaq.
Qeyd edək ki, 1997-ci ildə Minada zəvvarların yerləşdiyi çadırlarda qaz balonunun partlaması nəticəində yanğın baş vemrişdi və 343 zəvvar həyatını itirmiş, 1500-dən çox insan isə yaralanmışdı.