29 İyul, 2018
Gürcüstanda Quran müsabiqəsi keçirilir (Fotolar)

Artıq neçə ildir ki, Tbilisidə Quran kurslarında təhsil alan azyaşlı yeniyetmə oğlan və qız uşaqları arasında Qurani-Kərimin üzündən düzgün və sərbəst oxunuşu üzrə yarışlar təşkil olunur.

Gürcüstan Müsəlmanları İdarəsindən Ahlibeyt.az-a verilən məlumata görə, keçirilən yarışlarda ölkənin müxtəlif yerlərindən onlarla oğlan və qız uşaqları hakimlər qarşısında püşkatma ilə düşən səhifəni oxuyaraq özlərini sınayırlar.

Bu il üçün təşkil olunan yarışa Tbilsidə yerləşən “Əhli-beyt” məscidində start verilib. Yarışda 40-dan çox azyaşlı qız uşaqları iştirak edib.

Növbəti yarış bu ayın 29-da azyaşlı oğlanlar arasında olacaqdır. Yarışların sonunda uğurla çıxış edib fərqlənən şagirdlər (qaliblər) və onların ustadları Gürcüstan Müsəlmanları İdarəsi tərəfindən pul mükafatları ilə qiymətləndiriləcəklər.

Bütün iştirakçılara Təqdirnamələr, Qurani-Kərimin tərcüməsi və digər kitablar hədiyyə olunub.

Ahlibeyt.az

Ahlibeyt.az

Ahlibeyt.az

Ahlibeyt.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/gurcustanda-quran-musabiqasi-kechirilir-fotolar.html