
Tikintisi yarımçıq qalmış "Fatimeyi-Zəhra" məscidinin tikintisinin davam etdirilməsi haqqında rəsmi icazə verilib-Tezliklə təmir-bərba işlərinə başlanılacaq.
Ahlibeyt.az-ın verdiyi xəbərə görə, bu barədə paytaxtın Yeni-Günəşli yaşayış massivi ərazisində yerləşən "Fatimeyi-Zəhra" məscidinin rəsmi facebook səhifəsində məlumat yerləşdirilib.
Məlumatda bildirilir:
Çoxdan gözlədiyimiz an gəldi.
Neçə illərdi tikintisi yarımçıq qalmış Fatimeyi-Zəhra məscidinin tikintisinin davam etdirilməsi haqqında rəsmi icazə verildi. Artıq məscidin hasarına məscidin təmirli vəziyyətinin şəkilləri vurulur və çox yaxın günlərdə tikinti işləri başlayacaq.
Bu səbəblə bütün müsəlmanları təbrik edirik.
