28 İyul, 2018
Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var

Qəzza zolağının sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 2 fələstinli ölüb.

Ahlibeyt.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə  “RİA Novosti” agentliyinə Fələstin Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

Bundan əvvəl 1 nəfərin öldüyü, 85 nəfərin yaralandığı bildirilirdi. Yaralılardan 5-in vəziyyəti ağırdır.

Qeyd edək ki, bu ilin martında  fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb. Yürüşdə məqsəd dünya ictimaiyyətinin diqqətini müxtəlif illərdə hazırkı İsrail ərazisində öz evlərindən qovulmuş fələstinlilərin probleminə cəlb etməkdir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8725.html