
İstanbul Respublika Prokurorluğu Adnan Oktar və qrupu ilə bağlı aparılan araşdırmalardan sonra 187 şübhəlidən 182-nin hakim qarşısına çıxarılması, beşinin isə bəraət alması barədə qərar qəbul edib.
Ahlibeyt.az-ın məlumatına görə, Oxu.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Sülh Cəza Hakimliyinə aparılan 116 şübhəli “cinayət törətmək məqsədilə təşkilat qurma”, “azyaşlıya cinsi təcavüz”, “şantaj”, “var-dövlətini ölkə sərhədlərindən xaricə çıxarma”, “zorakılıq və təhdid” maddələri ilə həbs edilib.
Onlar arasında Adnan Oktar da var. Bundan başqa, şübhəlilərdən 12-si barəsində bəraət qərarı verilib. 54 şübhəlinin isə dindirilməsi davam etdirilir.