28 Fevral, 2012
əl-Əzhər Şeyxi: ABŞ tez bir zamanda ordusunu Əfqanıstandan çıxartmalıdır!

ABŞ ordusunun əsgərlərinin Qurani-Kərimə qarşı etdikləri hörmətsizliklərə münasibət bildirən əl-Əzhər şeyxi Əhməd ət-Teyyib ABŞ ordusunun yaxın zaman kəsiyində Əfqanıstanı tərk etməsinin zəruri olduğunu bildirib.

əl-Əzhər şeyxi amerikalı əsgərlərin bu addımını 1 milyard yarım müsəlmanın müqəddəsatına təhqir kimi dəyərləndirərək bu hərəkətin amerikalıların İslamla açıq-aşkar düşmənliyinin təzahürü olduğunu bildirib.

Məsələnin həll yolunun ABŞ ordusunun sələfləri kimi tez bir zamanda Əfqanıstanı tərk etməkdə görən Əhməd ət-Teyyib ABŞ prezidenti Barak Obamanın da üzrxahlığını boş və yalan sözlər adlandırıb.

Bu sözlərin artıq keçmədiyini bildirən əl-Əzhər şeyxi əfqan xalqının bu sözlərə bir daha etimad göstərmədiyini deyib.

əl-Əzhər şeyxi vaxtilə fransızların əl-Əzhər Universitetinə hücumunu xatırladaraq deyi ki, məhz bu hücumdan sonra misirlilər ayağa qalxdılar və fransızlar Misiri tərk etməli oldular.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-870.html