14 İyul, 2018
Gəncə terrorçuları barədə yeni faktlar

Gəncə retrrorçularındn biri Rəşad Böyükkişiyev öz anasını qətlə yetirib və Rusiyada soyğunçuluq edib; Fərrux Həsənovun qardaşı hazırda həbsdədir, polisləri öldürməyə çağırışlar edən Mahir Bəyalıyev isə keçmiş həyat yoldaşını öldürüb.

Ahlibeyt.az-ın  AzVision.az-a istinadən məlumatına görə, yeni məlumatlata görə, terrorçulardan biri - Fərrux Həsənov kriminal qruplaşma üzvdür. Onun qardaşı Ramin hazırda ikinci dəfə məhkum olunub. Fərruxun atası və qayınatasının da həmçinin, məhkumluğu var.

Polisə silahlı müqavimət göstərərkən məhv edilən Rəşad Böyükkişiyevlə bağlı üzə çıxan faktlar isə təsdiqləyir ki, o, terror aktına çoxdan hazırlaşıbmış. Belə ki, istintaq-axtarış əməliyyatı zamanı müəyyən olunub ki, son bir il ərzində Rəşad Böyükkişiyev bütün ailə üzvlərini və yaxınlarını Gürcüstana və Rusiyaya qaçırıb.

Həmçinin, cinayət törətməkdə şübhəli bilinən Bəkram Əliyev iyulun 9-da Rusiyadan Gəncəyə gəlib. Bu faktlar təsdiq edir ki, cinayət qabaqcadan planlaşdırılmış bir terror aktıdır.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8680.html