
BMT Baş katibi “Uşaqlar və silahlı münaqişələr” adlı məruzə ilə çıxış edib.
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, təkcə 2017-ci ildə Suriyada İŞİD terror təşkilatının tərəfindən 1000-dən çox uşaq hərbi əməliyyatlarda iştirak edib.
BMT Baş katibinin “Uşaqlar və silahlı münaqişələr” adlı məruzəsində deyilir ki, İŞİD terrorçuları aktiv şəkildə uşaqları öz cərg'lərinə cəlb edirlər.
Üstəlik, 2017-ci ildə İŞİD terror təşkilatının uşaqlardan döyüşlərdə istifadəsi halı 2 dəfə artıb. Belə ki, təsdiqlənmiş məlumatlara əsasən 960-dan çox uşaq döyüşlərdə iştirak edib. Həmin uşaqların böyük əksəriyyəti isə oğlan uşaqlarıdır - 872 nəfər. Onların əksəriyyətinin heç 15 yaşı belə yoxdur.