
"Gəncədəki din adı altında baş vermiş hadisə əvvəldən təşkil olunmuş terror hadisəsidir və bunu təşkil edənlərin məqsədi Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaqdır”.
Ahlibeyt.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, ölkədə qarşıdurma yaratmaq istəyənlər dindən istifadə edirlər:"Bununla onlar dini də təhrif edirlər".
Komitə sədri qeyd edib ki, Azərbaycan güclü dövlətdir və bu cür təxribatların öz məqsədinə çatmasına imkan verməyəcək:
"Gəncədəki hadisənin dinə aidiyyəti yoxdur. Bununla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır, saxlanılanlar var və tezliklə hadisənin arxasında dayanan daxili-xarici qüvvələr ifşa edilib, ictimaiyyətə elan olunacaq. Hadisəni törədəni dəstəkləyənlərə nəzər yetirdikdə - hansı ki onlar hətta Ermənistanda oturaraq Azərbaycan əleyhinə təbliğat aparanlardır - o zaman məsələ aydın olur. Bu, ölkəmizə qarşı terror hadisəsidir”