
Fransanın Tille şəhərində yeni məscidin açılışı olub.
Ahlibeyt.az-ın Maide.az saytına istinadən xəbər verir ki, yeni açılan məscid Fransanın şimal-qərbində yerləşən Tille şəhərində istifadəyə verilən 3-cü məsciddir.
Məscidin açılış mərasimi bazar ertəsi təşkil olunub. Açılış mərasimində Fransa Məscidlər Bİrliyinin sədri, Tille şəhərinin başçısı, müsəlmanlar və eləcə də xristianlar iştirak edib.
Məscid 200 kvadrat metr ərazidə tikilib. Məscidin nəzdində Quran və İslami dərslərin keçirilməsi üçün ayrıca 2 sinif otağı da mövcuddur.