4 İyul, 2018
Suriyadan ölkəni tərk edənlərə: Vətənə geri dönün!

Suriya XİN-i ölkəni tərk etmiş suriyalı qaçqınlara səslənib.

Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un SANA-ya istinadən verdiyi xəbərə əsasən, Suriyanın Xarici İşlər Nazirliyi müharibə zamanı ölkəni tərk etmiş vətəndaşlarını vətənə geri dönməyə səsləyib.

Suriya XİN rəsmisi qeyd edib ki, hazırda ölkənin böyük hissəsi terrorçulardan təmizlənib.

Bildirilir ki, Suriya hökuməti vətəndaşların təhlükəsizliyini və infrastrukturun işini təmin etməyə hazırdır.

Həmçinin nazirlik Suriyaya tətbiq edilən sanksiyaların da götürlüməsinə dair çağırış edib.



Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8639.html