
İraqın baş naziri Heydər əl-Abadi insanlara qarşı terrorçuluqda ittiham olunan şəxsləri dərhal edam etməyə çağırb.
Ahlibeyt.az-ın məlumatına görə, "Report" "Franc Press"ə istinadən xəbər verir ki, siyasətçi bu bəyanatla İŞİD yaraqlılarının girov götürdükləri 8 nəfəri edam etməsindən sonra çıxış edib.
"BNO News"un məlumatına görə, İraqda təqribən 3 min nəfəri terrorçuluq ittihamı üzrə ölüm hökmü gözləyir.