28 İyun, 2018
Komitə sədri: “İlahiyyat İnstitutunun yaradılması ilə gənclərimizin xaricə dini təhsil almağa getməsinin qarşısını alacaq”

"Ölkədən kənarda dini təhsil axının qarşısı tədricən alınacaq. İlahiyyat İnstitutunun yaradılması bu məqsədi də daşıyır".

Ahlibeyt.az-ın APA-ya istinadla məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Dini təhsil: mövcud vəziyyət və hədəflər" adlı konfransda bildirib.

O qeyd edib ki, bu səbəbdən Azərbaycanda dövlətin himayəsi altında dini təhsil verən bir instituta ehtiyac var idi: "Buna görə də cənab prezident İlham Əliyevin sərəncamı ilə İlahiyyat İnstitutu yaradılıb. Azərbaycanda pulsuz dini təhsilin olmaması gənclərimizin xarici ölkələrə getməsinə rəvac verirdi. Digər tərəfdən, qanunvericiliyə əsasən, Azərbaycanda məscidlərdə çalışanlar ölkədə dini təhsil alan şəxslər olmalıdır. İlahiyyat İnstitutunun yaradılması gənclərimizin hər hansı ölkəyə dini təhsil almağa getməsinin qarşısını alacaq".

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8627.html