28 İyun, 2018
Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilə görüş keçirilib

İlahiyyatçı Hacı Şahin Həsənli Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədovla görüşüb.


Ahlibeyt.az-ın verdiyi xəbərə görə, görüşdə Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli və ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov da iştirak ediblər.

İnstitutda keçirilən görüşdə ölkədəki dini mühitin ümumi durumu və kənar təsirlərdən qorunmasının zəruriliyi müzakirə olunub. Bununla yanaşı, din xadimlərinin tədris prosesinə cəlb olunması, institutda yetişdiriləcək yeni kadrlara vətənpərvərlik hissinin aşılanması və məzhəblərarası vəhdət mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Öz növbəsində Hacı Şahin Həsənli Aİİ ilə bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirib.

Mənbə: hacishahin.az

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8624.html