27 İyun, 2018
Ərəbistan Həcc pulu ilə müharibələri maliyyələşdirir

Tunisli İmamlar Birliyi  ölkənin baş müftisinə çağırış edərək Həcc ziyarətlərinə qarşı açıqlama verməsini istəyib.

Ahlibeyt.az-ın  Faktxeber-ə istinadən verdiyi xəbərə görə,  onlar  Səudiyyə Ərəbistanının Həcc məramsimlərindən əldə etdikləri külli miqdarda gəlirlə Riyadın öz müharibələrini maliyyələşdirdiklərini bildiriblər.

Birliyin Baş katibi Fadıl Aşur «bu pulu  Tunis xalqının  vəziyyətini yaxşılaşdırmaq üçün istifadə etməyimiz daha yaxşı olar», - deyib.

Onun sözlərinə görə hazırda bu pullar  Suriya və Yəmənə qarşı müharibədə xərclənir.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8620.html