27 Fevral, 2012
Tunisdə təkfir edənləri cəzalandıracaq qanun layihəsi hazırlanır

Tunis prezidenti Munsif Mərzuqi Tunis parlamentindən təkfirçiləri cəzalandıracaq qanun layihəsinin hazırlanmasını istəyib.

Tunisdə müsəlmanların hakimiyyətə gəlməsindən sonra ölkədə yaşayan təkfirçilərin(vahhabilər) fəallaşması nigarançılığa səbəb olub. Təkfirçilərin özlərindən başqa hamını kafir etmə halları Tunisdə bir sıra problemlər yarada biləcəyini nəzərə alan ölkə prezidenti parlament sədri Mustafa bin Cəfərdən təkfurçiləri cəzalandıracaq qanun layihəsini tez bir zamanda hazırlanmasını istəyib.

Tunis prezidenti Tunis vətəndaşlarının kafir elan edilmələrini ölkənin ictimai-siyasi həyatında hərc-mərclik yaradacağını bildirərək bunun qarşısının alınmasının zəruri olduğunu bəyan edib. O deyib ki, heç kəsin digər şəxsi kafir elan etməyə hüququ çatmır. Çünki bu baş verərsə, ölkədə zorakılıq baş alıb gedər.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-862.html