15 İyun, 2018
“Məşədi Dadaş” məscidində möhtəşəm bayram namazı - Foto

İyunun 15-i ölkənin bir çox  məscidlərində olduğu kimi paytaxtın "Məşədi Dadaş" məscidində də Fitr bayramı möhtəşəm şəkildə qeyd olunub.

Minlərlə inanclı məscidə gələrək Fitr gününün tövsiyyə olunmuş zikrlərinə qatıldırlar. Daha sonra camaatla birlikdə bayram namazı qılındı, məscidin axundu hacı Şahin Həsənli Fitr bayramının simvolizə etdiyi dəyər və prinsiplər, habelə geridə buraxılan müqəddəs Ramazan ayının mənəvi yükü barədə xütbə ilə çıxış etdi.

Sonda məscidə toplaşanlar birgə dualar etdilər.

Qeyd edək ki, məscid icmasından verilən məlumata görə,bayram namazına yeddi mindən çox inanclının qatıldığı bildirilib.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/read/mashadi-dadash-mascidinda-mohtasham-bayram-namazi---foto.html