
Səudiyyə Ərəbistanı şiələrinə məxsus "Rasid" xəbər saytının məlumatına görə, Ali Səud rejimi Əhli-Beyt(ə) şairi olan Həbib əl-Mutaiqi həbs edib.
Onun hansı səbəblərdən həbs olunması rəsmən açıqlanmasa da, şiələr onun Şərqi Ərəbistanda internet saytı idarə etməsini bu həbsə rəvac verməsini düşünürlər.
Xəbərdə həmçinin qeyd olunur ki, Həbib əl-Mutaiq bir neçə yerli və beynəlxalq şer festivallarının mükafatçısıdır.