
Ramazan bayramı münasinbətilə Azərbaycanda sabahdan tətil başlayır.
Ahlibeyt.az-ın məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən, 2018-ci ildə 15, 16 iyun Ramazan bayramıdır.
İyunun 15-i Milli Qurtuluş Günü, 16 iyun isə şənbə gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yerləri dəyişdiriləcək.
18 iyun - bazar ertəsi və 19 iyun - çərşənbə axşamı da qeyri-iş günü olacaq.
Beləliklə, ardıcıl 5 gün (15-19 iyun) qeyri-iş günüdür