23 May, 2020
Mübarək Ramazan günlərinin savabları - 29-cu gün

İmam Rza (ə) buyurur:

"Əgər soruşulsa ki, niyə Ramazan ayının orucu, bundan az və ya çox vacib edilməyib? Belə cavab verilər: "Çünki bu, zəif və güclünün qüvvətinin çatdığı bir miqdadır."

Ramazan ayının mübarək günlərini yaşayırıq.Əziz İslam peyğəmbəri həzrəti Məhəmməddən(s) nəql olunan bu ayın günlərinin savabları barədə bir hədisi hissə-hissə təddim edirik:

Səid ibni Cübeyr nəql edir - İbni Abbasdan soruşdum: Ramazan ayında oruc tutan və onun haqqını dərk edənə nə (mükafat) düşür?

- O dedi: Hazırlaş,ey ibni Cübeyr! Mən qulaqlarının eşitmədiyi və sənin qəlbinə daxil olmayan bir şeyi sənə danışacam.Özünü məndən istədiyin şey üçün azad et, çünki sən ilklərin və sonuncuların biliklərini istəmisən.

- Səid ibni Cübeyr dedi: O zaman mən onun yanından çıxdım və sabahki gün üçün hazırlaşdım.Səhər sübh çağı onun yanına getdim, sübh namazını qıldım və sonra söhbəti ona xatırlatdım.

-O,üzünü mənə tərəf çevirib dedi: Dediklərimi dinlə Allah Rəsulunun(səlləllahu əleyhi və alihi və səlləm) belə buyurduğunu eşitdim:

- "Əgər Ramazanda sizlər üçün nəyin olduğunu bilsəydiniz Allaha olan şükrünüz artardı  -

"İyirmi doqquzuncu gün yetişəndə Allah sizə içərisində ağ xeymə olan bir milyon məhəllə əta edəcək.Hər xeymədə kürsü və hər kürsüdə yaşıl ipəkdən min kilim olacaqdır.Hər kilimin üzərində 70 min ilbas geyinmiş, başında mirvari və yaqutla bəzədilmiş 80 min hörüyü olan huri olacaqdır"...

Ardı var..

Mənbə: Şeyx Səduq - Səvəbul-Əmal və İqabul-Əmal(Əməllərin mükafat və cəzası)-Ramazan ayının fəzilətləri fəsli - hədis- 254

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8572.html