
Bu axşam şam azanından sonra mübarək Ramazan ayının 29-cu gecəsi daxil olur
Əllamə Məclisi özünün "Zadul-Məad" kitabında "Ramazan ayının əməlləri"bölməsinin sonuncu fəslində mübarək Ramazan ayı gecələri qılınması tövsiyyə olunan namazları qeyd etmişdir.
Mərhum Şeyx Abbas Qumi həmin namazlar darədə özünün məhşur "Məfətihul-Cinan"adı alıtında olan dualar toplusunda məlumat vermişdir.
Ahlibeyt.az həmin gündəlik namazları oxuculara çatdırır
29-cu gecənin namazı
Namaz iki rikətdir - Hər rikətdə "Həmd" surəsindən sonra 20(iyirmi) dəfə "ixlas" surəsi oxunmalıdır.
Allah bu mübarək ayda tutulan oruc, qılınan namaz və dualarınızı qəbul etsin!