18 Aprel, 2023
Mübarək Ramazan ayı - 28-ci gecənin namazı

Bu axşam şam azanından sonra mübarək Ramazan ayının 28-ci gecəsi daxil olur

Əllamə Məclisi özünün "Zadul-Məad" kitabında "Ramazan ayının əməlləri"bölməsinin sonuncu fəslində mübarək Ramazan ayı gecələri qılınması tövsiyyə olunan namazları qeyd etmişdir.

Mərhum Şeyx Abbas Qumi həmin namazlar darədə özünün məhşur "Məfətihul-Cinan"adı alıtında olan dualar toplusunda məlumat vermişdir.

Ahlibeyt.az həmin gündəlik namazları oxuculara çatdırır

28-ci gecənin namazı

Namaz altı rikətdir - üç (3) ədəd İki (2) rikətlik namaz şəklində qılınır. Hər rikətdə "Həmd" surəsindən sonra yüz dəfə "Ayətül kürsü" yüz dəfə "İxlas" və yüz dəfə "Kovsər"surəsi oxunmalıdır.Namazlardan sonra yüz dəfə Məhəmməd və ali Məhəmmədə salavat göndərmək lazımdır.

Müəllif deyir:  Mənim rəvayətlərdən əldə etdiyimi görə, 28-ci gecənin namazı belədir- Altı rikət namaz- hər rikətdə "Həmd"dən sonra on dəfə "Ayətül kürsü", on dəfə "Kovsər", on dəfə "İxlas" və namazlardan sonra yüz dəfə Məhəmməd və ali Məhəmmədə salavat göndərmək lazımdır.

 

Allah bu mübarək ayda tutulan oruc, qılınan namaz və dualarınızı qəbul etsin!

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8566.html