11 İyun, 2018
Azərbaycanda bayram namazının vaxtı açıqlanıb

Azərbaycanda Ramazan ayı münasibəti ilə qılınacaq bayram namazının vaxtı açıqlanıb.

Ahlibeyt.az-ın verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata əsasən, bayram namazı iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə Təzə Pir məscidində bayram namazına qatılacaq.

Oxucularımızı bu ayın sona yetməsi ilə bağlı əlavə məlumatlandıracağıq.

Qeyd edək ki, ayın fəzada nə zaman görülə biləcəyini təsdiqləyən təqvimlər və beynəlxalq elmi mərkəzlərin məlumat mənbələrində böyük ehtimalla qeyd olunur ki, Azərbaycanın yerləşdiyi üfüqdə Ramazan ayının sona çatması və yeni ayın hilalının iyun ayının 14-ü ( gün batdıqdan sonra) görülə biləcək.

Oxucularımızı bu ayın daxil olması ilə bağlı əlavə məlumatlandıracağıq.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8560.html