
Livan mətbuatının yaydığı məlumata görə, əslən tunisli olan "əl-Cəzirə" telekanalının keçmiş şef redaktoru Ğəssan bin Cəddu şiə məzhəbinə keçdiyini bəyan edib.
Məlumata görə, keçən il 22 aprel tarixində "əl-Cəzirə" telekanalının Suriyaya qarşı qərəzli xəbərlər və məlumatlar verrməsinə etiraz əlaməti olaraq vəzifəsindən istefa vermiş Ğəssan bin Cəddu bu barədə bir neçə dəfə bu barədə düşünübmüş. Lakin son zamanlar əhli-sünnə dünyasının Bəhreyn və Suriyaya qarşı tutduğu qərəzli və bin Cəddunun özünün ibarəsilə desək utancverici mövqeyi onu bu addımı atmağa sövq edib.