
Kərbəla vilayətinin polis idarəsinin məsul işçisinin bildirdiyinə görə, terrorçular əl-Həy əl-Əskəri məntəqəsində Ayətullah Sistaninin nümayəndəsinin avtomobili hərəkət etdiyi zaman avtomobilə tərəf əldəqayırma bomba atıblar.
Bildirilir ki, Hüccətül-İslam Hamid əl-Kuravinin evdən məscidə getdiyi zaman baş verən terror hadisəsi zamanı ruhaninin özünə heç bir xəsarət dəyməyib. Hadisə yerinə gələn polis işçiləri ərazini mühasirəyə alıblar. Cinayət işi açılıb, araşdırma apoarılır.