
Avstriyada müsəlman icmalar yoxlamadan keçirilir
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, yaxın zamanda Avstriya ərazisindəki 7 məscid qapadılacaq. Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin dini məbədlərdə radikalizmin təbliğatı aparılır.
Bu haqda Avstriyanın Baş naziri Sebastiyan Kurts “siyasi islamla” mübarizə tədbirlərinə həsr edilmiş xüsusi mətbuat konfransında açıqlama verib.
Onu sözlərinə görə, yeni tədbirlər çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən müsəlman din alimləri də yoxlanılacaqlar.
Hazırda 260 fəaliyyətdə olan imamdan 60-nı yoxlamadan keçir. Onların, məxsusən, xaricdən qeyri-qanuni maliyyə əldə edib-etməmələri, həmçinin radikallıq təbliğatı aparıb-aparmamaları yoxlanılır.
Yoxlamadan keçə bilməmiş 2 imamın yaşayış hüququndan məhrum edilərək, deportasiya edilməsi qərarı verilib.