23 Fevral, 2012
"Qüds fələstinlilərin, ərəblərin və müsəlmanların paytaxtıdır" adlı konfrans keçiriləcək

Mart ayının 4-də Livanın paytaxtı Beyrutda son zamanlar sionistlərin Əqsa məscidinə qarşı yönəlmiş hücumlarına həsr olunmuş "Qüds fələstinlilərin, ərəblərin və müsəlmanların paytaxtıdır" adlı konfrans öz işinə başlayacaq.

Hizbullah təşkilatının baş katibi Seyyid Həsən Nəsrullahın dəvəti ilə təşkil olunan konfransda həmçinin Livanın baş müftisinin və Fələstin müqavimətinin bir sıra tanınmış şəxslərinin iştirak edəcəyi bildirilir.

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-853.html