
Türkiyənin "Bu gün" qəzetinin yaydığı xəbərə görə, Ankara Ədliyyəsinin Ədalət Əmanətində(Saxlancında) 1500 yaşı olan İncil kitabının tapıldığı xəbəri ortaya çıxıb.
Dəri üzərində yazılmış kitabın Hz.İsanın(ə) ilk öyüdlərini verdiyi Arami dili və Suryani əlifbasıyla yazıldığı bildirilir.
Kitab polis nəzarəti altında Ankara Etnoqrafiya Muzeyinə təhvil verilib. Vatikan 2mln ABŞ dolları qiymətində dəyərləndirilən İncilin üzərində araşdırma aparmaq istədiyini bildirib.
azadliq.org