
Özbəkistanda yeni sistemin təqdimatı baş tutub
Ahlibeyt.az-ın məlumatına görə, İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, Özbəkistanda yeni sistemin təqdimatı baş tutub. Sözügedən sistem vasitəsilə ölkə sakinləri kommunal xidmətlərlə yanaşı, sırf müsəlmanlar üçün nəzərdə tutulmuş ödəmələri də edə biləcəklər.
Sistem “Vakf” ictimai xeyriyyə fondu və “Click” şirkəti tərəfindən birgə hazırlanıb.
Sistemdə ödəmələr bir neçə kateqoriya üzrə qruplanıb: xeyriyyə, zəkat, fitr, uşr, fidyə.
Sistem vasitəsilə ödənilmiş vəsaitlər “Vakf” fondunun hesabına yatır ki, fond da, öz növbəsində, həmin pulları məqsədli proqramların həyata keçirilməsinə yönləndirir.
Qeyd edilir ki, ödəmə istənilən zaman mobil telefondakı “Click Uzbekistan” əlavəsi və ya “Telegram”-dakı xüsusi bot vasitəsilə edilə bilər.