2 İyun, 2018
Qəzza zolağı sərhədində toqquşmalar baş verib, ölən və yaralananlar var

Cümə günü Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 21 yaşlı fələstinli qız həlak olub.

Ahlibeyt.az-ın məlumatına görə, APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə əsasən, azı 100 fələstinli yaralanıb, onlardan 40-a yaxını güllə yarası alıb.

Bundan əvvəl Fələstinin Səhiyyə nazirliyi bildirib ki, martın 30-dan etibarən Qəzza zolağı sərhədində İsrail hərbçiləri ilə toqquşmalarda 115 fələstinli ölüb, 13 mindən çoxu müxtəlif dərəcəli xəsarət alıb.

Qeyd edək ki, martın 30-da fələstinlilər Qəzza zolağının sərhədində “Böyük Qayıdış Yürüşünə" başlayıb.

 

 

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-8494.html