23 Fevral, 2012
İsveç məscidlərindən birinin imamına qarşı sui-qəsd edilib

İsveçin Strosmund şəhərində məscid imamı olan özbəkistanlı dissident Obid-kori Nəzərova sui-qəsd edilib.

Dünən günorta namazından evinə qayıdan məscid imamına evinin qarşısında bir neçə atəş açılıb. Nəzərovun səsinə onun nəvəsi küçəyə çıxıb və cinayətkar qaçaraq hadisə yerini tərk edib.

Bildirilir ki, Obid-kori Nəzərov dərhal xəstəxanaya çatdırılmış və üzərində cərrahiyyə əməliyyatı keçirilib. Hal-hazırda onun vəziyəti sabit ağır olaraq dəyərləndirilir.

Qeyd edək ki, Obid-Kori Nəzərov "Toxtaboyvaçça" Daşkənd məscidinin imamı olmuşdur. O Özbəkistan prezidentinə müxalif adamlardan olduğundan hökümətin təqiblərinə məruz qaldığından Özbəkistanı tərk etmiş və İsveçdəməskunlaşmışdır. 2006-cı ildə BMT rəsmi olaraq ona siyasi qaçqın statusu vermişdir.

lenta.ru

Bütün hüquqlar qorunur  ©  Əhlibeyt

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!

http://ahlibeyt.az/news/a-849.html